Düşünmürəm ki, birinci Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng etməliydim.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, ilk telefon zənginin məhz Rusiya Prezidenti Vladimir Putinə edilməsində vacib məqam olub.
“Deyirlər ki, guya mən birinci Zelenskiyə zəng etməliydim. Mən belə düşünmürəm. Mənə lazım idi ki, Rusiyanın da sülh istəyib-istəmədiyini öyrənim, çünki Zelenskinin bu barədə düşüncəsini bilirdim, o, sülh istəyir. İndi bilirəm ki, Rusiya Prezidenti də sülh istəyir”, – deyə Tramp qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp növbə ilə əvvəlcə rusiyalı həmkarı Vladimir Putinə, daha sonra isə ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edib, sülh danışıqları ilə bağlı müzakirələr aparıb.
Aysel Əliyeva
Globalinfo.az














