Bir neçə bənd üzrə razılıq əldə edildi – Mirzoyan

“Bakı və İrəvan arasında sərhədlərin demarkasiyası və kommunikasiyaların bərpası prosesi barədə təsəvvür var”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvadakı üçtərəfli görüş zamanı deyib.

O, sərhədlərin delimitasiyasının “Alma-Atı bəyanatı” əsasında aparılmasından söhbətin getdiyini bildirib:

“Həm erməni tərəfi, həm də digərləri bu prosesin gələcək parametrlərinin dəqiqləşdirilməsi istiqamətində çalışmalıdırlar”.

Mirzoyan həmçinin Ermənistanın 10 Noyabr və ondan sonra qəbul edilən bütün üçtərəfli bəyanatlara sadiq qaldığını söyləyib.

İlkin Həsənov
Globalinfo.az