Bir illik aradan sonra ilk: ABŞ və Rusiya müdafiə nazirləri nədən danışdılar?

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, Lloyd Ostin Andrey Belousov ilə telefonla danışıb və açıq kommunikasiya xətlərinin əhəmiyyəti məsələsini müzakirə edib.

Pentaqonun sözçüsü Patrik Rayder bu barədə keçirdiyi brifinqdə bildirib.

Rayder telefon danışığının Lloyd Ostin tərəfindən baş tutduğunu deyib.

Qeyd edib ki, bu, 2023-cü ilin martından bəri Ostin ilə rusiyalı həmkarı arasında ilk telefon danışığıdır.

Müşviq Tofiqoğlu
Globalinfo.az