ABŞ və Çin hərbi liderləri bir ildən sonra ilk dəfə danışıqlar aparıb.
Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun Çin Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargah rəisi Liu Zhenli ilə videokonfrans vasitəsilə danışıb. Tərələr bir sıra qlobal və regional təhlükəsizlik məsələlərini müzakirə edib.
Bu, iki ölkənin hərbi idarələri arasında bir ildən sonra aparılan ilk danışıq olub. Nümayəndələr Palatasının o vaxtkı spikeri Nensi Pelosi 2022-ci ilin avqustunda Tayvana səfər etdikdən sonra bu əlaqələr kəsilib.
Ötən həftə Pentaqon ABŞ-ın iki ölkənin hərbçiləri arasında danışıqları asanlaşdırmaq üçün Pekinlə koordinasiyalı iş aparıldığını açıqlayıb. Ötən ay prezident Co Bayden və Çin lideri Si Cinpin Kaliforniyada keçirilən sammitdə belə təmasları bərpa etmək barədə razılığa gəliblər.
Əliyar Xəlil
Globalinfo.az