Bir ailənin beş üzvü dəm qazından zəhərləndi

Bir ailənin beş üzvü dəm qazından zəhərləndi

Sumqayıtda Yaşıl dərə yaşayış massivində beş nəfər dəm qazından zəhərlənib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər bir ailənin üzvləridir.

39 yaşlı Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı 29 yaşlı Gülbuta İmamverdi qızı Orucova, övladları – 5 yaşlı Niftalı Qabil oğlu Orucov, 16 yaşlı Aysun Qabil qızı Orucova və 8 yaşlı Samirə Qabil qızı Orucova dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.