Binəqədidə ev yandı

Bakının Binəqədi rayonunda 1969-cu il təvəllüdlü Yəhyahev Yəhya Qeybulla oğluna məxsus birmərtəbəli fərdi yaşayış evində yanğın olub.

Globalinfo.az xəbər verir ki, yanğın Binəqədi qəsəbəsi, 2-ci mədən adlanan ərazidə qeydə alınıb.

Məlumatla əlaqədar, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin üç yanğınsöndürən avtomobili cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yaxınlıqdakı evlər yanğından mühafizə edilib.