Xocasəndə 12 hektar ərazi yandı – VİDEO

Xocasəndə 12 hektar ərazi yandı - VİDEO

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Globalinfo.az xəbər verir ki, yanğınsöndürənlər tərəfindən açıq ərazidə baş vermiş yanğın tam söndürülüb.

Yanğın nəticəsində 12 hektar sahədə quru ot və kol-kos yanıb.

Ərazidəki ağaclar və ictimai iaşə obyektləri yanğından mühafizə olunub.

***22:25

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Globalinfo.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.