Biləsuvardan 16 ailə Cəbrayıla köçürüldü

01e06784 4376 31a2 9320 3fbe4d6ac73a 850

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

Globalinfo.az bildirir ki, Cəbrayıl Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 16 ailə 48 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.

Həmçinin bildirilib ki, bugünədək Cəbrayıl şəhərinə 77 ailə 241 sakin köçürülərək, daimi məskunlaşmaları təmin edilib.

1 1 2 1