Azərbaycanda bu ilin ilk 6 ayında icraatda 131 mindən çox aliment işi olub.
Globalinfo.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 126 minədək işdə tam və ya müəyyən gecikmələrlə ödəniş həyata keçirilib.
“İcraatda olan 2400-dək işdə borclu qadınlardır”, – məlumatda vurğulanıb.