Bəzi şəxslərin fotolarını yandıran şəxs müəyyənləşdirilib – DİN

Bəzi şəxslərin fotolarını yandıran şəxs müəyyənləşdirilib - DİN

Sosial şəbəkə səhifələrində radikal dini təbliğat aparan və bəzi şəxslərin fotolarının yandırılmasını əks etdirən görüntülər yayılıb.

Globalinfo.az-ın xəbərinə görə, bununla bağlı “Report”un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, görüntülər polis əməkdaşlar tərəfindən araşdırılıb.

Əməli törədən əqli qüsurlu şəxs O.Məmmədovdur.

Sağlamlığı ilə əlaqədar müalicə olunur.