Bəzi ərazilərin verilməsi üçün referendum keçiriləcək – Badalyan

“Nikol Paşinyan müzakirə olunan kəndləri yalnız referendum yolu ilə təslim edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi bloger Mikael Badalyan deyib.

“Məsələnin həlli üçün başqa yol yoxdur. Baş nazir Ararat (Ağrı dağı – red.) simvolunun gerbdən çıxarılması, himnin dəyişdirilməsi, “erməni soyqırımı” ilə bağlı konstitusiyada dəyişiklik olunması kimi məsələlər qaldırdı. Görünür, indi də sıra anklavların təslim olunması üçün ölkədə seçkilərə hazırlıq və konstitusiyada dəyişiklik məqsədi ilə referendumun keçirilməsindədir. Hazırda Ermənistanda məhz bu istiqamətdə proses gedir”, – M.Badalyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az