
BMT-nin Baş katibi Antonio Quterreş hesab edir ki, İranda HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi, həmçinin İsrailin Beyruta endirdiyi zərbələr Yaxın Şərq regionunda vəziyyətin təhlükəli eskalasiyasını özündə ehtiva edir.
Globalinfo.az xəbər verir ki, bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.
Düjarrik həmçinin qeyd edib ki, Quterreş daim tərəfləri maksimum təmkinli olmağa çağırıb.














