FotoJet 2022 12 22T182915.668 1

Rusiyalı MMA döyüşçüsü Mehti Dakayev Nəriman Abbasovu duelə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə azərbaycanlı idmançının şəxsi məşqçisi Şəhriyar Abbasov “Facebook” səhifəsində paylaşım edib.

Mütəxəssis bu döyüş üçün danışıqlar aparmağa hazır olduqlarını bildirib:

“Əvvəlcə bu görüşə razılıq vermişdik. Amma Mehti özü imtina etdi. Yəqin, Nərimanın son məğlubiyyəti onu ruhlandırıb”.

Qeyd edək ki, Nəriman Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən “Dana White’s Contender Series” (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə uduzub.

Paylaş: