“İran öz uran ehtiyatlarını artırmağa davam edir. Bu, nüvə silahı yaratmaq üçün yetərlidir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat dərc edib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, sözügedən ehtiyatlarla 4 atom bombası yaratmaq mümkündür.
Qeyd edək ki, daha öncə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi İrana səfər etmək və ölkə hakimiyyəti ilə dialoq qurmaq niyyətində olduğunu açıqlayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














