Avqustun 10-da saat 03:50-də 2025-ci il təvəllüdlü körpə (kişi cinsli) halın pisləşməsi səbəbi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, müayinə zamanı körpəyə kəskin respirator xəstəlik diaqnozu təyin edilib:
“Körpəyə zəruri tibbi xidmət göstərildikdən sonra, ambulator müayinə üçün evə buraxılıb. Eyni gündə körpənin yenidən halı pisləşib və həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, ölümün səbəbi patoloji-anatomik təşrihdən sonra dəqiq müəyyənləşəcək. Hazırda faktla əlaqədar aidiyyəti qurumlar, o cümlədən TƏBİB-in Pediatrik ölümlərin təhlili komissiyası tərəfindən araşdırma aparılır”.
***12:00
Beyləqanda üçaylıq körpə qızdırmadan ölüb.
Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şahsevən kəndində baş verib.
Belə ki, valideynləri hərarəti artan 13.05.2025-ci il təvəllüdlü Sultan Səlimxan oğlu Səlimzadəni xəstəxanaya apararkən azyaşlı yolda ölüb.
Faktla bağlı araşdırma başlanıb.














