Beyləqanda “Mercedes” markalı minik avtomobili yanaraq yararsız hala düşüb.
Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, hadisə Beyləqan şəhəri ərazisində baş verib.
Rayon sakini Cavid Abbasova məxsus “Mercedes E 220” markalı 10-BK-415 dövlət nömrə nişanlı avtomobil anidən yanmağa başlayıb. Hadisə yerinə FHN-nin Beyləqan rayon yanğınsöndürən əməkdaşları cəlb edilib. Yanğınsöndürən əməkdaşları yanan avtomobili söndürərək yaxınlıqdakı avtomobil və tikililərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.

















