“Beşiktaş”ın yeni baş məşqçisi o oldu

Türkiyənin “Beşiktaş” klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Niderland millisinin sabiq üzvü Covanni van Bronkhorst “qara-qartallar”ı çalışdıracaq.

49 yaşlı mütəxəssis ümumilikdə 3 illik müqavilə bağlayıb.