“Beşiktaş” mübarizəni dayandırdı

“Beşiktaş” mübarizəni dayandırdı

Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Globalinfo.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Beşiktaş” “Göztəpə”ni qəbul edib. 1/4 final mərhələsində “Beşiktaş” öz meydanında gözlənilmədən “Göztəpə” klubuna uduzaraq (1:3) mübarizəni dayandırıb. İzmir təmsilçisi inamlı qələbə sayəsində sonuncu yarımfinalçı olub. Qalib komandanın hər 3 qolunu braziliyalı Romulo Kardozo vurub.

“Qara qartallar” qarşılaşmanın böyük qismini azlıqa keçiriblər. Tayyip Talha Sanuç 36-cı dəqiqədə meydandan qovularaq, “Beşiktaş”ı azlıqda qoyub.

Bununla da Türkiyə Kubokunda bütün yarımfinalçılar bəlli olub.

Yarımfinalda “Konyaspor” “Qalatasaray”la, “Trabzonspor” isə “Göztəpə” ilə üz-üzə gələcək. Oyunlar aprelin 22-24-də baş tutacaq.