
Yevlax-Ağdam-Laçın yolunda baş verən qəza zamanı ölənlərin sayı 5-ə çatıb.
Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyevin Globalinfo.az-a verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilən 1 nəfərin də vəziyyəti ağırdır.
TƏBİB-dən Globalinfo.az-a bildirilib ki, baş verən hadisə ilə bağlı 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Həkimlərin səyinə baxmayaraq, vəziyyəti ağır olan iki nəfər dünyasını dəyişib.
Hazırda bir nəfərin müalicəsinə davam edilir.
Vəziyyəti ağırdır.
***18:22
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bərdə rayonunda, Yevlax-Ağdam-Laçın yolunda baş verən qəza barədə məlumat açıqlayıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Globalinfo.az-a bildirilib ki, qəza nəticəsində ilkin məlumata görə, 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.















