Bərdədə üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Globalinfo.az-ın report-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Mehdili kəndində baş verib.
Kənd sakini 2022-ci il təvəllüdlü A.C. həyətdə yeni qazılmış kanalizasiya quyusuna düşərək ölüb.
Faktla bağlı araşdırma başlanıb.














