Bərdədə qəza: 3 nəfər yandı, 5 kənd qazsız qaldı

Bərdədə qəza: 3 nəfər yandı, 5 kənd qazsız qaldı

Bu gün 01:20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Müxtəlif dərəcəli yanıq xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

***14:54

Bərdə rayonunun Mollaisalar kəndində “Hyundai” markalı minik avtomobilinin yol kənarındakı qaz borusuna çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası zamanı 3 nəfər yanıq xəsarəti alıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub, yanğın söndürülüb.

X X X

Bərdə rayonu Mollaisalar kəndi ərazisində avtomobil qaz xəttinə çırpılıb, beş kəndin qaz təminatında fasilə yaranıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, “Hyundai Accent” markalı minik avtomobili yanvarın 13-də gecə saatlarında hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz xəttinə çırpılıb.

Qəza nəticəsində qaz xəttində baş verən yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Məlumata əsasən, qəza nəticəsində 108 mm-lik qaz xəttinə, həmlinin Qaz Tənzimləyici Məntəqəyə ziyan dəyib. Nəticədə Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkarlar kəndlərinə qazın verilişi dayanıb.

Hazırda qaz təchizatının bərpası üçün işlər davam edir.