
Bərdə şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, Bərdə şəhərində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 9 otaqlı evin mətbəxinin döşəməsi 7 m² sahədə, mebel 2 p.m və 1 ədəd soyuducu qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.














