Bərdədə bıçaqlanma, Şirvanda qətl… – Həbs edildilər

Sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini Y.Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü Şirvan şəhər sakini Elşən İslamov saxlanılıb.

***

Bərdədə də bıçaqlanma hadisəsi qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Bakı şəhər sakini İlyasov Əmrah Asif oğlu, kimliyi məlum olmayan şəxslə münaqişə zəminində çox saylı bıçaq zərbəsi alıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər Ə.İlyasovun vəziyyətini orta ağır qiymətləndirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 2004-cü il təvəllüdlü Şahbaz Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.