361f8de14d 1069186

İki gün öncə Türkiyənin İstanbul şəhərində azərbaycanlı kişi idman zalında qətlə yetirilib. Bu haqda yerli və Türkiyə mediası məlumat yayıb.

Globalinfo.az “Qafqazinfo”a istinadla baş verən hadisədə öldürülən Ceyhun Beyləqanski kimi tanınan kriminal avtoritetin fotosunu əldə edib.

Qeyd edək ki, Ceyhun Ələkbərovun ölümü ilə bağlı iki nəfərin saxlanıldığı bildirilir. Bunlardan biri Rusiya vətəndaşı, digəri isə “Zyoma Masallinski” (Zeynal) kimi tanınan kriminal avtoritetdir.

Onların üzərindən iki ədəd odlu silah götürülüb.

Paylaş: