beqayi 0 900x600 1

Ərbildə İranABŞ arasında məxfi görüşün keçirilməsi barədə xəbər tamamilə uydurmadır.

Globalinfo.az bildirir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ mediasının İran və ABŞ arasında məxfi görüş keçirilməsi barədə iddiasını təkzib edib.

İran XİN sözçüsü ABŞ-ın qeyri-rəsmi şəkildə İraqdakı Kürdüstan Regional Hökuməti vasitəsilə İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqə saxlaması barədə xəbəri İranın qərar qəbuledici strukturları arasında fikir ayrılığı yaratmağa yönəlmiş media manipulyasiyası və psixoloji əməliyyat kimi qiymətləndirib.(APA)

Paylaş: