Ukraynanın dron hücumundan sonra Rusiyanın “Lukoil-Nijeqorodnefteorgsintez” neft emalı zavodu xam neftin emalını dayandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Röyters” yazıb.
Nəşrin məlumatına görə, bu, Rusiyada dördüncü ən böyük neft emalı zavodu və benzin istehsalına görə ikinci ən böyük zavoddur.
Bildirilir ki, hazırda “Lukoil” şirkətinin Rusiyadakı neft emalı zavodları işləmir.
Nəşr yazır ki, “Lukoil-Nijeqorodnefteorgsintez” ildə təxminən 15 milyon metrik ton xam neft emal etmək gücünə malikdir. Zavod, həmçinin, təxminən 5 milyon ton benzin, 5 milyon tondan çox dizel yanacağı, 2 milyon ton mazut və təxminən 500 min ton bitum istehsal edə bilər.
Əliyar Xəlil
Globalinfo.az