İsrailin hərbi kabinetinin üzvü Benni Qantz istefa verib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, televiziya vasitəsilə müraciətində deyib.
Məlumatda qeyd edilib ki, İsrailin müdafiə naziri Benni Qantz rəhbərlik etdiyi mərkəzçi Dövlət Düşərgəsi partiyasının birlik hökumətindən çıxdığını elan edib və Baş nazir Benyamin Netanyahunu erkən seçkilərin tarixini razılaşdırmağa dəvət edib.
“Hökumətdən gedişim haqqında qərarı çox mürəkkəb və ağrılıdır. Netanyahu real qələbəyə doğru irəliləməyimizə maneə olur. Ona görə də bu gün fövqəladə vəziyyət hökumətindən kədərlə, lakin tam əminliklə ayrılırıq”, – B. Qantz deyib.
Onun bu qərarı ötən həftə hökumət başçısı Benyamin Netanyahuya verdiyi ultimatumla əlaqələndirilir.
O, Baş naziri iyunun 8-dək HAMAS ilə mübarizə məqsədilə yeni planın hazırlanmasına çağırmışdı.
Qeyd edək ki, Qantsın partiyası hökuməti tərk etdikdən sonra Netanyahunun koalisiyası 120 yerlik Knessetdə 64 yerlik çoxluğa nəzarət etməyə davam edir.














