Belarusda təlimdə nüvə silahından istifadə məşq olunacaq

Belarusda təlimdə nüvə silahından istifadə məşq olunacaq

Belarusda keçiriləcək “Zapad-2025” təlimlərində taktiki nüvə silahlarından istifadənin planlaşdırılması tətbiq olunacaq.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko bildirib.

Onun sözlərinə görə, təlimlər sentyabrın 12-dən 16-dək keçiriləcək.

Muraveyko qeyd edib ki, Belarus və Rusiya hərbçiləri hava zərbələrini dəf etməyi və şərti düşmənin təxribat qrupları ilə mübarizə aparmağı planlaşdırırlar.