Belarus silahlanma yarışına başlayır: İran PUA-ları üçün hərəkətə keçdi

Belarus İranın “Shaheed” pilotsuz uçuş aparatlarını istehsal etmək istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Müharibə Tədqiqatları İnstitutunun (ISW) hesabatında qeyd olunur.

İran və Belarus Rusiyanın Ukraynada apardığı müharibəyə qarşılıqlı dəstək fonunda ikitərəfli əməkdaşlığı genişləndirirlər. Rəsmi Minsk bu çərçivədə İranın “Shaheed” PUA -larını istehsal üçün müqavilə imzalanmasına çalışır.

Belarus həmçinin ən pis halda sözügedən PUA-ların öz ərazisində İran tərəfindən istehsalına can atır.

Qeyd edək ki, İran PUA-ları Rusiya tərəfindən Ukraynaya qarşı döyüşlərdə aktiv şəkildə istehsal olunur. Həmçinin İran PUA-larının son dövrlər Ermənistan ordusunun arsenalında mövcudluğuna dair də məlumatlar yayılıb.

Ayşən Mustafa
Globalinfo.az