
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Rusiyaya rəsmi səfər edib.
Globalinfo.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla qeyri-rəsmi görüş keçirib.
Rusiya lideri həmkarını Novo-Oqarevo iqamətgahında qəbul edib.
Sabah Rusiya-BƏƏ liderləri arasında rəsmi görüş keçiriləcək.
Qeyd edək ki Birləşmiş Ərəb Əmirliklərinin ( BƏƏ ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın Rusiya lideri Vladimir Putinlə qeyri-rəsmi görüşə idman ayaqqabısı ilə gəlməsi diqqət çəkib.















