Ermənistanı oktyabrda ciddi hadisələr gözləyir – Bədəlyan

Ermənistanı oktyabrda ciddi hadisələr gözləyir - Bədəlyan

“Ermənistanda situasiya radikal şəkildə dəyişməsə, ölkənin gələcəyi olmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu rusyönümlü erməni bloger Mika Bədəlyan deyib.

“Çox təəssüf ki, Ermənistanın layiqli doğru alternativi yoxdur. Biz kimin müxalifət olduğunu yaxşı biliriik. Həmçinin onu da anlayırıq ki, bu gün müxalifətə xalqın inamı yoxdur. Son 3 ildə hakimiyyət effektiv işləyə bilmədiyini göstərdi”, – o bildirib.

Bədəlyan deyib ki, Ermənistanı oktyabr və noyabrda ciddi hadisələr gözləyir:

“Söhbət küçədəki aktivlikdən getmir, amma o da olacaq. Məsələ daha qlobal proseslərdir. İndiki hökumət özünü dalana dirəyib. Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi çuqçvanqdadır. Artıq Qərbə verilən vədlərin icra zamanı çatıb, bundan sonra isə Paşinyan daha Qərbə lazım olmayacaq. Bu gün baş nazir toksik sayılır. Ona görə də Qərbə rejimə toxunmadan rəhbər şəxsi dəyişdirmək istəyəcək. Bu, onlar üçün vacib hədəfdir”.

Mika Bədəlyan həmçinin oktyabrda BRİKS sammitində hər şeyi dəyişəcək ciddi razılıqların əldə oluna biləcəyini istisna etməyib.

Əliyar Xəlil
Globalinfo.az