Bədəlyan: “Bakı İrəvandan konkret bunları istəyir”

“Azərbaycan sülh razılaşmasını Ermənistandan maksimumu alana qədər imzalamayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni polittexnoloq Armen Bədəlyan deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistandan ordusunun ləğvini, bir yüz min azərbaycanlının Ermənistan ərazisində məskunlaşmasını, Ermənistan üzərində tam nəzarəti bərpa edəcək ərazilərin verilməsini tələb edəcək:

“Qısaca, Azərbaycan Ermənistanı özünün ərazi əlavəsi edəcək və yalnız bu halda qarşısına qoyduğu vəzifəni yerinə yetirilmiş sayacaq. Azərbaycan oyuna girib və ondan bacardığı qədər maksimum üstünlük götürməyə çalışacaq. Buna nə qədər nail olacağı sualdır, amma cəhd edəcək”.

Əliyar Xəlil
Globalinfo.az