Aram Qabrelyanov məşhur Teleqram kanalı “Baza”nın yeganə sahibi olub.
Globalinfo.az xəbər verir ki, Qabrelyanov layihədə tam pay əldə edib.
O, əməliyyatın maliyyə detallarını açıqlamayıb.
Qabrelyanovun sözlərinə görə, kanal onun əsas holdinqi sayılan “News Media”nın bir hissəsi olmayacaq. Ancaq Rusiya mediası bunun əksini yazır.
Bildirilir ki, artıq bu holdinqin tərkibinə “Life”, “Mash” və “Shot” Teleqram kanalları daxildir. “Baza”nın holdinqin tərkibinə daxil edilməsi də son mərhələdədir.
Qeyd edək ki, “Baza” Rusiyanın Telegram kanalları arasında paylaşılan məlumatlarına görə yalnız “Mash” və “Shot”dan sonra üçüncü yerdədir.
Əliyar Xəlil














