Bayramın ilk günü: Bakı avtovağzalında sıxlıq – VİDEO

Beş günlük bayram tətilini fürsət bilənlər rayonlara üz tuturlar.

Globalinfo.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, bayramın ilk günü Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq yaranıb.

Bölgələrə sərnişin axınının artacağını proqnozlaşdıran avtovağzal rəhbərliyi gücləndirilmiş iş rejiminə keçsə də, istər avtobusların, istərsə də kassaların qarşısında sıxlıq olub.

Səbəb əksər insanların məhz bölgələrə gedəcəkləri gün bilet almaq istəmələridir.

Sıxlıq ən çox şimal bölgəsi üzrə bilet satılan kassaların qarşısında yaranıb.

Təkcə ötən gün 340 reyslə 11 minə yaxın sərnişin daşınıb ki, bu da adi günlərdən iki dəfə çoxdur.