“Qarabağ” – “Bayer” matçı bitdi: beş qol vuruldu

 

Şik əsas vaxtın 97-ci dəqiqəsində “Bayer 04″ün üçüncü qolunu vurdu: 3-2.

***

Patrik Şik Bakıdakı görüşdə olduğu kimi ikinci matçda da son dəqiqələrdə hesabı bərabərləşdirdi: 2-2.

***

Frimponq 71-ci dəqiqədə fərqi azaltdı: 1-2.

***

Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qarabağ” komandası hesab fərqini artırdı.

Oyunun 67-ci dəqiqəsində Juninyo hesab fərqini iki qola çatdlırıb – 0:2.

***

Elvin Cəfərquliyev matçın 64-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoydu.

***

Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qarabağ” komandası hesabı açıb.

“Qarabağ” Zubirin matçın 58-ci dəqiqədə vurduğu qolla hesabı açıb: 0-1.

***

Matçın ikinci hissəsi start götürdü.

***

“Bayer 04” – “Qarabağ” matçının ilk hissəsində hesab açılmadı: 0-0.

***

“Bayer 04” – “Qarabağ” qarşılaşması start götürdü.

***

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək “Bayer 04” və “Qarabağ”ın start heyətləri bəlli olub.

Globalinfo.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq.

“Bayer 04”: Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka

“Qarabağ”: Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo

Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki “BayArena”dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk matçda heç-heçə qeydə alınıb – 2:2.