Avropa Oyunları: Karateçimiz ilk qızıl medalı qazandı – FOTO

Polşada keçirilən III Avropa Oyunlarında çəkisi 67 kiloqrama qədər olan kişi karateçiləri arasında azərbaycanlı idmançı Tural Ağalarzadə qızıl medal qazanıb.

Globalinfo.az xəbər verir ki, T.Ağalarzadə Yunanıstandan olan rəqibinə qalib gəlib.

Qeyd edək ki, bu, Turalın Avropa Çempionatında qazandığı ilk qızıl medaldır.

Zaira Akifqızı

Globalinfo.az