nazir

Çexiyanın yeni müdafiə naziri Yaromir Zuna Ukrayna haqqında danışmaq qadağan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.

Səbəb kimi onun Kiyevi açıq şəkildə dəstəkləməsi göstərilib.

“Ötən həftə mətbuat konfransında çıxış edən Zuna Kiyevə sursat tədarükü təşəbbüsünün genişləndirilməsinin mümkünlüyünü açıqladı. Bu, hakim Azadlıq və Birbaşa Demokratiya partiyasında qəzəbə səbəb olub. Bir neçə üzv müdafiə nazirini bəyanatını geri götürməyə və ya istefa verməyə çağırıb”, – deyə bildirilib.

Məlumata görə, hazırda Çexiya Baş naziri Andrey Babiş məsələyə şəxsən nəzarət edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: