Baydenin reytinqi bəlli oldu

ABŞ Prezidenti Co Baydenin reytinqi ötən ilin iyun ayından bəri artaraq 42 faizə yüksəlib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu, “Röyter” və “İpsos” araşdırma şirkətinin keçirdiyi rəy sorğusunun nəticələrində öz əksini tapıb.

Buna ABŞ-da istehlak qiymətlərinin artım tempinin yavaşlaması səbəb olub.

Qeyd edək ki, Baydenin reytinqi prezidentliyinin ilk aylarında düşmüşdü. Ötən ilin may-iyul aylarında isə cəmi 36 faizə qalxmışdı.