bayden ve tramp

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin ABŞ Ədliyyə Nazirliyini məhkəməyə vermək qərarını tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında fikirlərini paylaşıb.

Ev rəhbəri Baydenin qərarı ilə bağlı xəbərin linkinin altında “Dürüst olmayan, vicdansız siyasətçi” yazıb.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.

Buna səbəb onun 2016 və 2017-ci illərdə memuarının müəllifi ilə etdiyi söhbətlərin səs yazılarının yayımlanmasının qarşısını almaq istəyidir.

Həmin söhbətlərdə Baydenin böyük oğlunun xərçəng xəstəliyindən vəfatı ilə bağlı məqamlar da yer alıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: