İsrail quru əməliyyatlara başladı, bu ərazi nəzarətə götürüldü

67dae0ede6a3767dae0ede6a38174239767767dae0ede6a3567dae0ede6a36

İsrail Ordusu Qəzzada quru əməliyyatlarını bərpa edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, İsrail tərəfi yenidən anklavın mərkəzindəki Nesarim dəhlizini nəzarətə götürüb.

“Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzi hissəsində və cənubunda təhlükəsizlik zonasını genişləndirmək, zolağın şimalında və cənubunda qismən bufer yaratmaq məqsədi ilə quru əməliyyatlarına başlayıb. Bu əməliyyatlar çərçivəsində Nesarim dəhlizinin mərkəzi boyunca rayonlar yenidən nəzarətə götürülüb”, – məlumatda deyilir.

Aysel Əliyeva
Globalinfo.az