Baydenin baş nazirlə görüntüləri gündəm oldu: “Öpüş diplomatiyası” – VİDEO

ABŞ Prezidenti Co Baydenin Ağ Evdə İtaliyanın Baş naziri Corca Meloni ilə görüşünün görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Globalinfo.az xəbər verir ki, ABŞ prezidenti baş nazirlə müzakirədən sonra onun başını öpüb.

Həmin görüntülər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Sosial şəbəkə istifadəçiləri C.Baydenin bu hərəkətini “öpüş diplomatiyası”, “yeni diplomatik tendensiya” başlıqları ilə paylaşıblar.

Əliyar Xəlil
Globalinfo.az