1741017146 screenshot 2025 03 03 19 49 24 726 com.android.chrome edit

Beynəlxalq Ədalət Məhkəməsinə yeni sədr seçilib.

Globalinfo.az xəbər verir ki, yaponiyalı hakim Yuji İvasava quruma rəhbərlik edəcək.

O, 2027-ci il fevralın 5-dək vəzifəsini icra edəcək. Y.İvasava bu vəzifədə livanlı hakim Nəvaf Salamı əvəz edib.

Salam yanvar ayında Livanın baş naziri olub, bundan sonra sədr vəzifəsindən istefa verib.

Qeyd edək ki, Yuji İvasava 2018-ci il iyunun 22-də məhkəmənin üzvüdür. O, əvvəllər Tokio Universitetində beynəlxalq hüquq professoru vəzifəsində çalışıb və BMT-nin İnsan Hüquqları Komitəsinin sədri olub.

Paylaş: