“Amerika Birləşmiş Ştatları Tayvanın müstəqilliyini dəstəkləmir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden Tayvanda keçirilən seçkilərə münasibətdə bildirib.
“Biz Tayvanın müstəqilliyini dəstəkləmirik”, – ABŞ prezidenti deyib.
Qeyd edək ki, Amerika administrasiyası “Vahid Çin” siyasətini dəstəklədiyini dəfələrlə bəyan edib. Birləşmiş Ştatlar Tayvan ilə rəsmi diplomatik əlaqələrin olmamasına baxmayaraq, onun ən mühüm beynəlxalq dəstəkçisi və silah təchizatçısı olaraq bilinir. Lakin C.Bayden Administrasiyasının Çinlə münasibətlərə zərər vurulmasından ehtiyat etdiyi deyilir.














