Bayden xəstəliyindən yazdı: “Hamıya təsir edir” – FOTO

Bayden xəstəliyindən yazdı: "Hamıya təsir edir" - FOTO

ABŞ-ın keçmiş prezidenti Co Bayden xərçəng diaqnozu qoyulduqdan sonra ilk dəfə xəstəliyindən yazıb. 

Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” platformasında paylaşım edib.

“Xərçəng hamımıza təsir edir. Bir çoxları kimi həyat yoldaşım Cill və mən də həssas dönəmlərimizdə güclü olduğumuzu öyrəndik. Bizi sevgi və dəstəyinizlə ucaltığınız üçün təşəkkür edirik”, – paylaşımda bildirilir.

Qeyd edək ki, 82 yaşlı keçmiş prezidentdə prostat xərçəngi diaqnozu qoyulduğu açıqlanıb.

Əliyar Xəlil
Globalinfo.az