ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenskini sentyabrın 26-da Vaşinqtonda qəbul edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, tərəflər Moskva-Kiyev münaqişəsini, Ukraynanın strateji planlaşdırılması və ABŞ-ın dəstəyini müzakirə edəcəklər.

Məlumata əsasən, Bayden və Harris Ukraynanı dəstəkləmək üçün “daimi sadiqliklərini” vurğulamaq niyyətindədirlər.

Qeyd edilib ki, prezidentliyə namizəd Kamala Harrisin də Zelenski ilə ayrıca görüşü olacaq.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: