Bayden özünə “TikTok” hesabı açır – Maraqlı səbəb

 

Bayden özünə "TikTok" hesabı açır - Maraqlı səbəb

ABŞ prezidenti Co Bayden seçki kampaniyası üçün Çinin “TikTok” sosial şəbəkəsindən istifadə etmək niyyətindədir.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb.

Nəşr qeyd edir ki, sosial şəbəkə blogerlərinin Ağ Evdə öz brifinq otaqları da ola bilər. Baydenin bu sosial şəbəkədən istifadə etməsinə səbəb kimi onun rəqibi Donald Trampın “TikTok”da məşhur olmasıdır.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın bəzi dövlət qurumları işçilərinə Çinin “TikTok” platformasından istifadə etməməyi tövsiyə edib.