Bayden sərt danışdı: “Putin 40 ildir ki, məni…”

“Ağ Ev Rusiyaya zərbə endirmək üçün Amerika silahlarından istifadə olunmasına icazə vermir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

“Biz Rusiyanın 200 mil dərinliyinə zərbələr endirilməsinə icazə vermirik. Mən Putini 40 ildən çoxdur ki, tanıyıram. O, vicdansız adamdır, diktatordur.  Öz ölkəsini qoruyub saxlamaq üçün bütün gücü ilə çalışır. Biz silahı Moskva və Kremli vurmaq üçün vermirik. Kiyevi ona görə silahla təmin edirik ki, Rusiyanın hücumlarından qoruna bilsinlər”, – deyə Bayden vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az