Bayden səhv etdi, ərazi güzəştləri olacaq – Blinkenin “xələfi”

Bayden səhv etdi, ərazi güzəştləri olacaq - Blinkenin "xələfi"

“Ukrayna ordusunun Rusiya qoşunlarını 2022-ci ilin fevral sərhədlərinə qovacağı inandırıcı deyil. Kiyev Moskvaya güzəştə getməli olacaq ki, müharibəyə son qoysun”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi vəzifəsinə namizəd Mark Rubio deyib.

Onun sözlərinə görə, Ukraynanın əhali sayı Rusiya ilə müqayisədə azdır və bu, canlı qüvvə fərqində özünü göstərir:

“Ukraynanın pulu tükənmir, insanları tükənir”.

Rubio həmçinin Bayden administrasiyasının “Ukraynaya nə qədər lazımdırsa, o qədər dəstək” siyasətinin sağlam məntiqə dayanmadığını deyib. O, Rusiyanın da güzəştə getməli olacağını söyləyib.

Əliyar Xəlil
Globalinfo.az