Bayden Netanyahu ilə danışdı – Bu məsələləri müzakirə etdilər / YENİLƏNİB

Bayden Netanyahu ilə danışdı - Bu məsələləri müzakirə etdilər / YENİLƏNİB

21:03

ABŞ Prezidenti Co Bayden və ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.

Telefon danışığının təfərrüatı barədə tezliklə məlumat veriləcəyi bildirilib.

***

30 dəqiqə davam edən zəngə vitse-prezident Kamala Harris də qoşulub.

Ağ evin mətbuat katibi Karine Jan-Pyer bildirib ki, məhsuldar danışıq zamanı tərəflər İsrailin İrana necə cavab verəcəyinə dair məsələlər də daxil olmaqla, bir çox mövzuları müzakirə ediblər.

Benyamin Netanyahunun ofisi Baş nazirin bu yaxınlarda ABŞ-ın keçmiş prezident, prezidentliyə namizəd Donald Trampla da danışdığını təsdiqləyib. Məlumata əsasən, Tramp onu İsrailin “Hizbullah”a qarşı həyata keçirdiyi əməliyyatlara görə təbrik edib.

Qeyd edək ki, çərşənbə günü İsrail telekanalı Netanyahunun təxminən 50 gündür Baydenlə əlaqə saxlamadığını açıqlayıb. Qeyd olunub ki, İsrail Baş naziri 10 günə yaxındır ki, Amerika liderindən zəng gözləyirmiş.