Bayden müsəlmanları təbrik etdi

ABŞ prezidenti Co Bayden Qurban bayramı münasibətilə həm ölkədə, həm də ölkədən kənarda yaşayan müsəlmanları təbrik edib.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Qoy Qurban bayramının ruhu qəlblərinizə və evlərinizə sevinc, əmin-amanlıq və birlik gətirsin”, – Bayden bildirib.

O, həyat yoldaşı Cill Bayden ilə Qurban bayramını qeyd edən hər kəsə ən xoş arzularını çatdırıb.